...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təqaüdə göndərildi

Cəmiyyət Materials 30 Avqust 2023 10:31 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təqaüdə göndərildi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadə təqaüdə göndərilib.

Trend xəbər verir ki, yaş həddi ilə bağlı onun hakimlik səlahiyyəti müddəti başa çatıb.

Belə ki, İ.Həsənzadə hakim icraatında olan sonuncu cinayət işi üzrə hökmü oxuyub.

Qeyd edək ki, İradə Həsənzadə hakimlik fəaliyyətinə 2000-ci ildə başlayıb. O, 2000-2007-ci illərdə Xətai Rayon Məhkəməsinin sədri, 2007-2008-ci illərdə Nizami Rayon Məhkəməsinin hakimi, 2008-2010-cu illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi olub.

2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti