...

AzQAC-ın Xankəndiyə göndərmək istədiyi ərzaq yükünün dayandığı Ağdam Xankəndi avtomobil yoluna elektrik enerjisi verilib (FOTO)

Cəmiyyət Materials 1 Sentyabr 2023 22:47 (UTC +04:00)
AzQAC-ın Xankəndiyə göndərmək istədiyi ərzaq yükünün dayandığı Ağdam Xankəndi avtomobil yoluna elektrik enerjisi verilib (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam-Xankəndi avtomobil yoluna elektrik enerjisi verilib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, uzunluğu 1500 metr olan elektrik xətti çəkilməsi işi başa çatıb.

110/35/10 Kv-luq Ağdam-2 yarımstansiyasından çəkilən elektrik xətti hazırda Ağdam-Əsgəran-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyi ərzaq yüklərinin dayandığı əraziyə çəkilib.

Ərazi artıq elektrik enerjisi ilə təmin edilib.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Ərzaq dolu yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti