...

9 illik bazadan kolleclərə ixtisas seçimi başa çatır

Cəmiyyət Materials 4 Sentyabr 2023 10:24 (UTC +04:00)
9 illik bazadan kolleclərə ixtisas seçimi başa çatır

Bakı. Trend:

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəs­sisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi 2023-cü il avqustun 31-də başlanıb və bu gün saat 23:59-da başa çatacaq.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

İxtisas seçmək hü­ququ olan abi­tu­ri­yent orta ixtisas təhsili müəssisələ­rinin dövlət hesa­bı­na və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu­nu seçib https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən "Abituri­yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.

Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında elektron formada təqdim olunub.

Jurnalı (pdf formatında) DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz: http://eservices.dim.gov.az/ejurnal/.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti