...

Şəhid ailəsi statusu almış dövlət qulluqçusuna vergi güzəşti edilirmi?

Cəmiyyət Materials 7 Sentyabr 2023 10:41 (UTC +04:00)
Şəhid ailəsi statusu almış dövlət qulluqçusuna vergi güzəşti edilirmi?

Bakı. Trend:

Şəhid ailəsi statusu almış dövlət qulluqçusuna vergi güzəşti məsələsinə aydınlıq gətirilib.

Bu barədə Trend-ə Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib ki, Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.

Vurğulanıb ki, muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirə 800 manat məbləğində azadolma tətbiq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti