...

Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır

Cəmiyyət Materials 8 Sentyabr 2023 09:28 (UTC +04:00)
Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gündən ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilir.

Elm və Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, qəbul olunmuş şəxslər https://portal.edu.az/ sistemində qeydiyyatdan keçərək, “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin, tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeydiyyat sentyabrın 13-də başa çatacaq.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti