...

Bakı məktəblərində metodist xidmətinin pilot tətbiqinə başlanılacaq

Cəmiyyət Materials 11 Sentyabr 2023 12:22 (UTC +04:00)
Bakı məktəblərində metodist xidmətinin pilot tətbiqinə başlanılacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Bakı məktəblərində metodist xidmətinin pilot tətbiqinə başlanılacaq.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında söyləyib.

Nazir qeyd edib ki, növbəti ildən isə sertifikasiya nəticələrinə əsaslanaraq, yüksək bal toplayan təhsil işçilərinin digər müəllimlərə dəstək tədbirinə başlanılacaq.

Qeyd edək ki, Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilir. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, ali məktəb rektorları, nazirliyin və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, müəllimlər və KİV nümayəndələri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti