...

Avropa Parlamenti ekoloji cəhətdən təmiz aviasiya yanacağı haqqında qanunu təsdiqləyib

Cəmiyyət Materials 14 Sentyabr 2023 03:54 (UTC +04:00)
Avropa Parlamenti ekoloji cəhətdən təmiz aviasiya yanacağı haqqında qanunu təsdiqləyib

Bakı. Trend:

Avropa Parlamenti (AP) aviasiya sektorunda qabaqcıl bioyanacaq və ya hidrogen kimi ekoloji cəhətdən təmiz yanacaqlardan istifadənin artırılmasına yönəlmiş yeni qanunu təsdiqləyib.

Trend-in məlumatına görə, aviasiya ilə bağlı yeni qaydalar AP-nin Strasburqda keçirilən plenar iclasında 518 lehinə, 97 əleyhinə və 8 bitərəf olmaqla təsdiq edilib.

Qanuna görə, biotullantılardan, tullantı yemək yağından və ya yosunlardan hazırlanan yanacaq tezliklə təyyarələrdə istifadə ediləcək. 2050-ci ilə qədər onların payı təxminən 70 faiz təşkil etməlidir.

Bundan əlavə, 2030-cu ilə qədər CO2 emissiyaları 55 faiz azaldılmalıdır. Aİ Parlamentinin məlumatına görə, nəqliyyat sektorundakı CO2 emissiyalarının 13,4 faizi mülki aviasiyanın payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti