...

Qudyalçay üzərindəki körpü uçdu - Xəsarət alanlar var

Cəmiyyət Materials 15 Sentyabr 2023 09:12 (UTC +04:00)
Qudyalçay üzərindəki körpü uçdu - Xəsarət alanlar var
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saatlarında Xaçmazda Qudyalçay çayı üzərindəki avtomobil körpüsü uçub.

Trend xəbər verir ki, hadisə nəticəsində Xaçmaz-Xudat yolu bağlanıb.

Hadisə baş verən zaman körpünün üzərində hərəkətdə olan avtomobil çay dərəsinə düşüb, xəsarət alanlar var.

Hazırda hadisə yerinə aidiyyəti qurumların nümayəndələri cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti