...

Bakıda qəbiristanlıqda minaatan və qumbara tapıldı

Cəmiyyət Materials 16 Sentyabr 2023 16:46 (UTC +04:00)
Bakıda qəbiristanlıqda minaatan və qumbara tapıldı
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda qəbiristanlıqda silah-sursat tapılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla üzərindən narkotik vasitə aşkarlanan Bakı şəhər sakini F.Ağaməmmədovun rayon ərazisindəki qəbiristanlıqda gizlətdiyi 1 ədəd “RPQ-78” minaatan, 1 ədəd “F-1” qumbarası, 1 ədəd alışdırıcı və 758 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti