...

Azərbaycan könüllüləri şəhidlərimizi ehtiramla yad ediblər

Cəmiyyət Materials 28 Sentyabr 2023 01:39 (UTC +04:00)
Azərbaycan könüllüləri şəhidlərimizi ehtiramla yad ediblər

Bakı. Trend:

Azərbaycan könüllüləri 27 Sentyabr - Anım Günü ilə əlaqədar bir sıra tədbirlər keçirib. Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycan könüllüləri Vətən müharibəsinin üçüncü ildönümündə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçmiş qəhrəmanlarımızı anıb.

Təşkilatdan Trend-ə verilən məlumata görə, ümumilikdə 200 nəfərdən ibarət Azərbaycan könüllüsü və təşkilat rəhbərləri İkinci Şəhidlər xiyabanını ziyarət edib, qəhrəmanlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Anım günü ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə “Qayıdış Könüllüləri” Proqramına daxil olan Ağdam, Şuşa, Zəngilan könüllülərinin 44 günlük Vətən müharibəsində iştirak etmiş döyüşçü qazilərlə görüşü olub.

Qəhrəman qazilərimiz Vətən müharibəsində Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi şanlı Zəfərdən, müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən, Ordumuzun keçirdiyi peşəkar antiterror tədbirlərindən bəhs ediblər. 2020-ci ildə 44 günlük mübarizədə qazanılan tarixi Qələbə ilə bir daha aydın oldu ki, mübariz Azərbaycan gəncliyi öz Vətənini qorumağa və bu yolda canından belə keçməyə daim hazırdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə rəşadətli Azərbaycan Ordusunun tarixi Zəfərini və ölkəmizdə vətənpərvər gəncliyin formalaşdığını bir daha dünyaya göstərdi.

Qalib xalqın qalib gəncləri kimi rəşadətli Ordumuzun şücaətini heç vaxt unutmayacaq və daima qürur hissi ilə xatırlayacağıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti