...

Azərbaycanın kosmik habına çevrilməsi istiqamətində addımlar atılır - Fuad Aslanov

Cəmiyyət Materials 1 Oktyabr 2023 12:32 (UTC +04:00)
Azərbaycanın kosmik habına çevrilməsi istiqamətində addımlar atılır - Fuad Aslanov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın kosmik habına çevrilməsi istiqamətində addımlar atılır.

Trend-in məlumatına görə, bunu “Azərkosmos” ASC-nin sədr müavini Fuad Aslanov IAF-ın 13-cü beynəlxalq toplantısında çıxışı zamanı deyib.

"Biz digər sahələrlə yanaşı, kənd təsərrüfatına da xüsusi diqqət yetiririk. Qlobal istiləşmə zamanı baş verən dəyişiklikləri də görürük. Yerin müşahidə peyklərindən istifadə etməklə davam edən prosesləri izləmək imkanımız var. “Azərkosmos” olaraq biz də təhsil sahəsinə üstünlük veririk. Bunun üçün biz ölkənin bir sıra təhsil müəssisələri ilə birbaşa işləyirik və bu işi davam etdirəcəyik. Azərbaycan enerji, biznes və bir çox digər sahələrdə regionun mərkəzinə çevrilib. Biz ölkəmizi kosmik mərkəzə çevirmək üçün hər cür səy göstərəcəyik", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti