...

Elektron əmtəə-nəqliyyat qaiməsi AYNA” informasiya sistemində hazırlanacaq

Cəmiyyət Materials 4 Oktyabr 2023 18:22 (UTC +04:00)
Elektron əmtəə-nəqliyyat qaiməsi AYNA” informasiya sistemində hazırlanacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Elektron əmtəə-nəqliyyat qaiməsinin forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları təsdiqlənib.

Trend-in xəbərinə görə, Nazirlər Kabineti bu barədə müvafiq qərar verib.

Elektron əmtəə-nəqliyyat qaiməsi “Avtomobil nəqliyyatı haqqında” qanuna uyğun olaraq

avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin ölkədaxili daşınması zamanı yük daşıma müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa, yükgöndərən tərəfindən tərtib edilməklə rəsmiləşdirilən sənəddir. Avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin daşınması elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilir. Bu Qaydalara

əlavə ilə müəyyən edilmiş elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş əmtəə təyinatlı yüklərin daşınmasına yol verilmir. Avtomobil nəqliyyatı vasitəsilə əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsini tərtib etmək vergi ödəyicisinin vəzifəsidir.

Elektron əmtəə-nəqliyyat qaiməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemində (informasiya sistemi) yaradılmış “Elektron əmtəə-nəqliyyat qaiməsi” altsistemində Azərbaycan dilində hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti