...

Masallıda ticarət mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb

Cəmiyyət Materials 6 Oktyabr 2023 19:12 (UTC +04:00)
Masallıda ticarət mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Masallıda ticarət mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.

Trend xəbər verir ki, bu, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında əksini tapıb.

“Oktyabrın 6-da Masallı şəhərində yerləşən “Cavid-F” MMC-yə məxsus ticarət mərkəzinin ərazisində yanğın hadisəsi baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal FHN-nin əməkdaşları hadisə yerinə çıxıb.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektləri içərisindəki müxtəlif çeşidli mallarla birlikdə yanğının təsirinə məruz qalıb, 7 nəfər şəxs isə yanıq xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, hazırda müalicələri davam etdirilir.

Fakta görə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti