...

Şəmkirdə ikimərtəbəli ev yandı

Cəmiyyət Materials 11 Oktyabr 2023 19:20 (UTC +04:00)
Şəmkirdə ikimərtəbəli ev yandı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Şəmkir rayonunun Kür qəsəbəsində yanğın olub.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 55 kvadratmetr olan köməkçi tikilinin yanar konstruksiyaları 25 kvadratmetr sahədə, bitişik sahəsi 50 kvadratmetr olan talvarın taxta atmaları və ümumi sahəsi 280 kvadratmetr (hər mərtəbəsi 140 kvadratmetr) olan ikimərtəbəli 8 otaqlı evin 3 ədəd taxtadan ibarət pəncərə çərçivəsi yanıb.

Yüksək temperaturdan evin 2 ədəd qapısı və 1 ədəd pəncərə çərçivəsi qarsalanıb. Evin, köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti