...

Media nümayəndələri Füzulidə təməli qoyulan inzibati binada olublar (FOTO/VİDEO)

Cəmiyyət Materials 18 Oktyabr 2023 12:23 (UTC +04:00)
Media nümayəndələri Füzulidə təməli qoyulan inzibati binada olublar (FOTO/VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Füzuli. Trend:

İnzibati bina Füzuli şəhərinin inzibati mərkəzi ərazisində inşa olunacaq. İnzibati mərkəzinin ərazisi 12 hektardan çoxdur, inzibati binanın tikintisi üçün isə 4,4 hektardan çox bir sahə nəzərdə tutulub

Trend-in Qarabağ bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov deyib.

Bildirib ki, inzibati binanın ərazisində parad meydanı və 1 hektar sahədə olan park inşa olunacaq:

"5 mərtəbədən ibarət inzibati bina ən müasir dünya standartlarına uyğun olaraq inşa ediləcək. İnzibati mərkəzdə isə digər dövlət qurumları üçün də ərazi nəzərdə tutulub".

E.Seyidov 2-ci və 3-cü yaşayış məhəllələri barədə də məlumat verib.

Bildirib ki, Füzuli artıq 1-ci yaşayış məhəlləsində 38 binadan 12-si artıq inşa olunmuş və əhali geri dönmüşdür, digər binaların tikintisi isə davam etdirilir. Bununla yanaşı, Füzulidə daha 2 yaşayış məhəlləsi inşa olunacaq.

"2-ci və 3-cü yaşayış məhəlləsində ümumilikdə 5200-dən çox nəfər yaşıya biləcək. 2-ci yaşayış məhəlləsində 653 mənzil, 3-cü yaşayış məhəlləsində isə 863 mənzil olacaq. Mənzillər 1, 2, 3 və 4 otaqlı olacaq. Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək. Kompleksdəki binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin olunacaq. İstilik və isti su təchizatı mərkəzləşdirilmiş qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti