Bakı. Trend:
Azərbaycanda “Energetika haqqında” yeni qanununun layihəsi müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, yeni qanun layihəsi Milli Məclisinin bu gün keçirilən iclasında deputatların müzakirəsinə təqdim edilib.
Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.
Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.