...

Saxta pensiya təyinatı ilə bağlı nazirlikdən AÇIQLAMA (ÖZƏL)

Cəmiyyət Materials 4 Noyabr 2023 12:58 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Pensiya təyinatı zamanı korrupsiya və bürokratik süründürməçilik halları tamamilə aradan qalxıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-in saxta pensiya təyinatı ilə bağlı sorğusuna cavabında bildirilib.

Qeyd edilib ki, son beş ildə pensiya sistemində aparılan təkmilləşdirmələr, yalnız hüququ çatan şəxslərin təminatı istiqamətində çox ciddi addımlar atılıb.

"Eyni zamanda, gələcəkdə bu istiqamətdə neqativ halların təkrarlanmaması üçün preventiv tədbir kimi, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi çərçivəsində vətəndaşlara pensiya təminatı sahəsində göstərilən xidmətlərin elektronlaşdırılmasına başlanIB. Keçən dövr ərzində Nazirlik tərəfindən göstərilən xidmətlərin 90 faizi elektronlaşdırılıb. Bütün bunlar isə pensiya təyinatı zamanı məmur-vətəndaş təmasını minimuma endirib, beləliklə də neqativ hallar, o cümlədən korrupsiya və bürokratik süründürməçilik halları tamamilə aradan qalxıb", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti