...

Şəkidə ev yanıb

Cəmiyyət Materials 11 Noyabr 2023 09:00 (UTC +04:00)
Şəkidə ev yanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 11-də səhər saatlarında Şəkinin eyniadlı yaşayış məntəqəsində yanğın hadisəsi baş verib. İlkin məlumatlara görə yanğına elektrik naqilindəki qısa qapanma səbəb olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata əsasən səhər saat 05:40 radələrində rayonun Şəki kəndində Vasif Nəzir oğlu Əhmədova məxsus, ümumi sahəsi 135 km olan kürsülü birmərtəbəli 3 otaq və aynəbənddən ibarət fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Şəki ilə yanaşı Yevlax rayonundan da yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Fərdi yaşayış evinin 90 km-lik sahəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Həyata keçirilən yanğınsöndürmə tədbirləri nəticəsində Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Baş verən hadisə müvafiq orqan tərəfindən araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti