...

Bu şəxslər vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaq

Cəmiyyət Materials 21 Noyabr 2023 16:27 (UTC +04:00)
Bu şəxslər vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Miqrasiya orqanlarında sınaq müddəti müəyyən edilmiş şəxslər vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaq və həmin müddətdə yalnız vəzifə maaşı alacaqlar.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, ilk dəfə miqrasiya orqanlarına qulluğa qəbul edilən şəxslər üçün daxil olduqları vəzifədən və hazırlıq səviyyələrindən asılı olaraq 3 aydan 6 aya qədər sınaq müddəti (kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluğa qəbul edilən şəxslər üçün yalnız üç aylıq sınaq müddəti) müəyyən edilir
Sınaq müddəti müəyyən edilmiş şəxslər müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunur və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alacaq.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti