Bakı. Trend:
Uşaq ikən tərk etdiyim Laçına ailəmlə birlikdə dönürəm.
Bunu Trend-ə açıqlamasında Laçın sakini Əsədov Rəşad deyib.
Onun sözlərinə görə, uzun illər yataqxana şəraitində yaşamaq doğrudan da çox çətindir.
“31 ildən sonra yurda qayıtmaq sevincimizin həddi-hüdudu yoxdur. Laçında sökülmüş evimiz artıq təmir olunub. İndi öz yurdumda, ev-eşiyimdə yaşamağa getdiyim üçün çox sevinirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin”, - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün də nəzərə alınmaqla Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin daimi məskunlaşması təmin edilib.