...

İsmayıllıda obyekt sahibləri məsuliyyətə cəlb olunub

Cəmiyyət Materials 22 Noyabr 2023 17:07 (UTC +04:00)
İsmayıllıda obyekt sahibləri məsuliyyətə cəlb olunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsmayıllı rayonunun Basqal qəsəbəsi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində qanunsuz ağackəsmə ilə bağlı polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə həmin şəxs müəyyən olunub və hazırda faktla bağlı araşdırma aparılır.

Göyçay Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər zamanı isə rayonun Qaraməryəm kəndində, eləcə də şəhər ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar edilib.

Qeyd olunan faktlar üzrə iki obyekt sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti