...

Vətən müharibəsində yaralanmış və əlillik verilmiş şəxslərin 43%-i psixi pozuntularla bağlı olub - RƏSMİ

Cəmiyyət Materials 27 Noyabr 2023 17:22 (UTC +04:00)
Vətən müharibəsində yaralanmış və əlillik verilmiş şəxslərin 43%-i psixi pozuntularla bağlı olub - RƏSMİ
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün müharibə ilə bağlı 6300 şəhadətləndirilmiş vətəndaş olub. Şəhadətlənmə əlillik üçün yox, yüngül yaraya da verilir ki, ona birdəfəlik sosial sığorta ödənişi verilsin. Onlardan 4021 nəfərə əlillik təyin edilib. Meyarlar keçən il yumşaldıqdan sonra 1700-ə yaxın insanı əlavə olaraq əhatə etdik.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

"Psixi xəstəliklərlə əlaqəli əlillik təyinatına gəlincə, 4021 nəfərin 43%-nə məhz kəllə-beyin travması və bunun nəticəsində yaranan psixi pozuntularla əlaqəli vermişik. Səhiyyə Nazirliyinin psixiatrları dəvət olunmuşdu və qazilər qəbul edildi. Ümumi əlillik təyinatının 43%-i məhz psixi pozuntularla bağlı olub. Psixi xəstəliklər üzrə əlavə 32 əlavə ağırlaşma dərəcəsi də müəyyən etmişdik. Bunun heç birinə uyğun gəlməyən insana, təbii ki, qanunvericiliyə zidd olaraq əlillik təyin edilə bilməz”, - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti