Bakı. Trend:
Ötən gün axşam saatlarında 8 Noyabr prospektində ( Asiman şadlıq sarayının qarşısı) yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində 1 işıqfor dirəyi və onun idarəetmə qutusu, eləcə də, yolda olan elektrik paylayıcı lövhə sıradan çıxıb.
"Hazırda yolda sürücü və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə işlər görülür. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən yol nişanlarının tələblərinə və sürət həddinə əməl etməyi xahiş edir", - məlumatda deyilir.