...

Direktor müəllimə qarşı güc tətbiq etməyib? - Regional İdarə aydınlıq gətirdi

Cəmiyyət Materials 12 Dekabr 2023 15:46 (UTC +04:00)
Direktor müəllimə qarşı güc tətbiq etməyib? - Regional İdarə aydınlıq gətirdi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Gəncə–Daşkəsən Regional Təhsil İdarəsi Samux rayonu Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbdə direktorun müəllimi döyməsinə dair yayılan məlumata aydınlıq gətirib.

İdarədən Trend-ə verilən məlumata görə, Gəncə–Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən məsələ ilə əlaqədar müvafiq komissiya yaradılıb.

Bildirilib ki, Komissiyanın tərkibinə Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin hüquqşünası, Gəncə şəhəri və Samux rayonu üzrə təhsil sektorlarının tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin psixoloqları və digər əməkdaşlar daxil ediliblər.

Qeyd edilib ki, Komissiya üzvləri məktəbin direktoru və şikayətçi müəllimin, şahid qismində isə direktor müavininin izahatlarını alıblar.

Araşdırma zamanı məlum olub ki, direktor müəllimə qarşı hər hansı bir güc tətbiq etməyib, ondan şəxsiyyət vəsiqəsini istəyib və müəllim imtina etdikdən sonra mübahisə baş verib. Belə olduqda isə direktor sinif otağını tərk edib.

Məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Xatırladaq ki, yerli KİV-də yayılan məlumata görə,Samuxda müəllimlə direktor arasında insident baş verib. 48 yaşlı ibtidai sinif müəlliminin 38 yaşlı direktor tərəfindən döyüldüyü iddia edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti