Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Vətən müharibəsi qazisi Üçgün kənd sakini, Mərdanov Rəvan Ramiz oğlunu evində ziyarət edib, səhhəti ilə maraqlanıb.
Elnur Rzayev rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanmasından, zəfərlə sona çatan müharibədə Vətənimizin igid oğullarının qəhrəmanlıqlarından söz açıb. Şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb.
Vətən müharibəsi qazisi göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Rəvan Mərdanov 44 günlük Vətən müharibəsində göstərdiyi şücayətlərə görə “Füzulinin azad olunamasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.