...

Bakı-Ağstafa marşrutu üzrə daha bir qatar reysi təyin edilib

Cəmiyyət Materials 3 Yanvar 2024 14:02 (UTC +04:00)
Bakı-Ağstafa marşrutu üzrə daha bir qatar reysi təyin edilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq oturacaq tipli vaqonlardan ibarət "Ekspres" sürət qatarını əlavə reysə cəlb edib.

Bu barədə Trend-ə ADY-dən bildirilib.

Qeyd edilib ki, yanvarın 3-də qatar axşam saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 4-də isə günorta saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.

Bundan başqa, hər gün ənənəvi cədvəl üzrə, 3, 4, 5 və 6 yanvar tarixlərində isə əlavə reyslərlə Bakı-Ağstafa-Bakı marşrutunda qatarlar hərəkət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti