...

Bakıya qar yağır (FOTO)

Cəmiyyət Materials 14 Yanvar 2024 09:30 (UTC +04:00)
Bakıya qar yağır (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıya və Azərbaycanın digər ərazilərinə daxil olan soyuq hava kütlələri nəticəsində paytaxtımıza qar yağır.

Trend-in məlumatına görə, ötən gündən başlayan sulu qar sonradan qara çevrilib.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətindən Bakıda və Abşeron yarımadasında yanvarın 13-dən havanın gün ərzində arabir yağıntılı olacağı, gündüzdən bəzi yerlərdə sulu qara, qara keçəcəyi bildirilmişdi.

Belə ki, 12-dən 13-nə keçən gecə və gündüz 4°-yə yaxın isti, axşam saatlarında 0°-yə yaxın olacağı barədə məlumat verilmişdi. Atmosfer təzyiqi 752 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85% olacaq. Yanvarın 14-15-də Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti