...

İş yerləri açılmasında koordinasiya məsələsinə ehtiyac var - Komitə sədri

Cəmiyyət Materials 18 Yanvar 2024 09:40 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

İl ərzində 100 mindən çox iş yerləri açılır.

Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, iş yerləri açılmasında koordinasiya məsələsinə ehtiyac var.

"Qarabağ və Şərqi Zəngəzurda böyük əmək bazarı formalaşır. Dövlət büdcəsindən də həmin ərazilərin bərpası üçün kifayət qədər vəsait ayrılıb. Digər bölgələrdə də yeni iş yerlərinin açılması, sosial infrastrukturun qurulması dövlətin qarşısında duran əsas məsələdir", - deyə komitə sədri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti