...

Ötən gün vətəndaşlardan 19 silah, 5 qumbara götürüldü

Cəmiyyət Materials 14 Fevral 2024 10:00 (UTC +04:00)
Ötən gün vətəndaşlardan 19 silah, 5 qumbara götürüldü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polis əməkdaşları ötən gün vətəndaşlardan 19 silah, 5 qumbara götürüb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, fevralın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 5 ədəd qumbara, 15 ədəd müxtəlif markalı tüfəng, 2 patron darağı və 83 ədəd patron təhvil götürüblər.

Həmçinin, ötən gün keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 1 tapança, 1 ədəd tüfəng, 1 patron darağı və 17 ədəd patron aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti