Bakı. Trend:
Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə yeni təyinat olub.
Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Yeganə Ramazanova bundan sonra nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsində fəaliyyət göstərəcək.
Qeyd edək ki, Y.Ramazanova bu təyinata qədər İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi kimi çalışırdı.