...

İki bağçaya elektron qeydiyyat başlayıb

Cəmiyyət Materials 23 Fevral 2024 13:17 (UTC +04:00)
İki bağçaya elektron qeydiyyat başlayıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki yeni istifadəyə verilmiş iki uşaq bağçasına elektron qeydiyyata start verilib.

İdarədən Trend-ə verilən məlumata görə, Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən 348 saylı uşaq bağçası və Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 347 saylı körpələr evi-uşaq bağçasına uşaqların qəbulu prosesi başlayıb.

Həmin ərazidə yaşayan valideylər https://www.bq.edu.az qeydiyyat sistemində şəxsi kabinet yaradaraq övladlarını qeydiyyatdan keçirə və növbəyə yazıla bilərlər.

Qeyd edək ki, 348 saylı uşaq bağçasında 5, 347 saylı körpələr evi-uşaq bağçasında isə 7 qrupun fəaliyyətə başlaması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti