Bakı. Trend:
Bədxassəli şişlərin yaranmasının 35-40%-i məhz düzgün olmayan və keyfiyyətsiz qidalanma ilə bağlıdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, düzgün qidalanma bir çox xəstəliklərin qarşısını alır.
Onun sözlərinə görə, əhali arasında yayılan bir sıra xəstəliklərin əmələ gəlməsində qidalanma faktorunun xüsusi rolu var.
Qeyd edək ki, fevralın 27-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Əhliman Əmiraslanov iclası açaraq gündəliyə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin daxil edildiyini bildirib.