...

İçməli su və kanalizasiya layihələrinə 2,7 milyard manat lazımdır - AÇIQLAMA

Cəmiyyət Materials 28 Fevral 2024 13:31 (UTC +04:00)
İçməli su və kanalizasiya layihələrinə 2,7 milyard manat lazımdır - AÇIQLAMA
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Azərbaycanda sadəcə içməli su və kanalizasiya sistemlərində davam edən, hələ bitməmiş layihələrin miqdarı 2,7 milyard manatdır.

Trend xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, təkcə Gəncənin bu istiqamətdə maliyyəti 550 milyon manatdır.

“Viləşçaydan danışıldı. Viləşçayın ikinci hissəsinin maliyyəti 600 milyon manatdan çoxdur. Təkcə Bakı və Abşeron yarımadasında su və kanalizasiya sistemlərinin normal vəziyyətə gətirilməsi üçün lazım olan vəsait 10,5 milyard manatdır. Azərbaycanda 52 min kilometr su kanalları var. Onun 40 min kilometrdən çoxu torpaq kanallarıdır. Biz su itkisindən danışırıq. O suyun elə 50%-i həmin kanallara gedir. Bir tərəfdən çıxan su gedib o biri tərəfə çatmır”, - deyə o qeyd edib.

Z.Mikayılov əlavə edib ki, bu işlərin həyata keçirilməsi üçün böyük vəsaitlər və zaman lazımdır.

Xəbər lenti

Xəbər lenti