...

Qızılağac Milli Parkında elektrik cərəyanı ilə ov edən şəxs tutuldu

Cəmiyyət Materials 2 Mart 2024 09:09 (UTC +04:00)
Qızılağac Milli Parkında elektrik cərəyanı ilə ov edən şəxs tutuldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qızılağac Milli Parkında elektrik cərəyanı ilə ov edən şəxs tutulub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Milli Parkın ərazisindəki kiçik körfəz su sahəsində qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan Masallı rayon sakini Telman Məcidov Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə həyata keçirdikləri tədbir zamanı saxlanılıb.

Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və digər ov alətləri, həmçinin qanunsuz olaraq ovladığı balıqlar aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti