...

Doktoranturada təhsil alanlar üçün Danışıq bloku imtahanı keçirildi

Cəmiyyət Materials 4 Mart 2024 18:08 (UTC +04:00)
Doktoranturada təhsil alanlar üçün Danışıq bloku imtahanı keçirildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən dillər üzrə ümum-Avropa çərçivə sənədinin (CEFR) tələblərinə uyğun olaraq doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku imtahanı keçirilib.

DİM-dən Trend-ə verilən xəbərə görə, imtahan ingilis, alman, fransız dili üzrə şifahi formada – kompüter proqramı vasitəsilə keçirilib. İmtahanda 298 nəfər iştirak edib.

Qeyd edək ki, imtahan 3 hissədən ibarətdir. Tapşırıqlar üzrə düşünmək və suallara cavab vermək üçün ümumilikdə 20 dəqiqə vaxt ayrılır. İştirakçılar birinci mərhələdə 3 bal, ikinci mərhələdə 5 bal, üçüncü mərhələdə isə 2 bal olmaqla, ümumilikdə 10 bal toplaya bilərlər. İmtahan nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.

Danışıq bloku üzrə minimum 2 bal toplamayan şəxslər ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, müvafiq şəhadətnamə ilə təmin olunmurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti