...

Şərurda məktəb direktoru vəzifəsindən azad olunub

Cəmiyyət Materials 18 Mart 2024 15:32 (UTC +04:00)
Şərurda məktəb direktoru vəzifəsindən azad olunub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Şərur rayonunda məktəb direktoru işində yol verdiyi nöqsana görə vəzifəsindən azad olunub.

Trend xəbər verir ki, Şərur rayon Təhsil Şöbəsi tərəfindən Muğancıq- Mehrab kənd tam orta məktəbində aparılan yoxlamalar zamanı məktəbin direktoru Sinduz Cəfərovanın fəaliyyəti dövründə maliyyə pozuntusuna və vəzifə səlahiyyətlərində nöqsanlara yol verdiyi aşkarlanıb.

Şərur rayon Təhsil Şöbəsinin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə Sinduz Cəfərova Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 15 mart 2024-cü il tarixində vəzifəsindən azad olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti