Bakı. Trend:
Rəqəmsallaşma hər bir insanın həyatının tərkib hissəsidir.
Trend xəbər verir ki, bunu Ali məhkəmənin sədri İnam Kərimov bu gün keçirilən “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda deyib.
O qeyd edib ki, bu gün dövlət xidmətlərinin vətəndaşların istəyinə uyğun təşkil edilməsi cəmiyyətin tələbinə çevrilməkdədir.
“Vətəndaş məmnunluğu əsas şərtlərdən biridir. Biz vətəndaşın gözləntilərinə uyğun xidmətləri təqdim etdikdə vətəndaş məmnunluğu təmin olunur. Öz işlərimizi də bu istiqamətdə qurmalıyıq”.
Qeyd edək ki, “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib. Konfrans çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikası Hesablama Palatası arasında sənəd imzalanıb.
20-dən çox dövlət rəsmisinin iştirak etdiyi konfransda rəqəmsallaşmanın dövlət sturukturlarındakı əhəmiyyətindən danışılıb və görülən işlər barəsində məlumat verilib.