...

Şahbuzda qadın körpüdən yıxılaraq öldü

Cəmiyyət Materials 8 Aprel 2024 10:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şahbuz rayonunda qadın körpüdən yıxılaraq ölüb.

Trend xəbər verir ki, hadisə ötən gün axşam rayonun Külüs kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1960-cı il təvəllüdlü Bağırova Bulqeyis Bağır qızı kənddə olan körpüdən çaya düşüb.

Onun meyiti dünən gecə saatlarında kənd sakinləri tərəfindən çaydan tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti