Bakı. Trend:
Qazaxda təmir sexi yanıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qazax şəhərində ümumi sahəsi 1500 m² olan, 25 boksdan ibarət avtomobil təmiri sexinin yanar konstruksiyaları 1200 m² sahədə, içərisindəki avtomobil ehtiyat hissələri 1200 m² sahədə, təmirə dayanan 3 ədəd avtomobil yanıb.
Obyektin qalan hissəsi, ərazidə dayanan avtomobillər və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.