...

Ərzağa olan tələbat günü-gündən artır - Nazir müavini

Cəmiyyət Materials 17 Aprel 2024 12:45 (UTC +04:00)
Ərzağa olan tələbat günü-gündən artır - Nazir müavini
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dünyada ərzağa olan tələbat günü-gündən artır. Biz torpaqların dayanıqlı istifadəsi üçün onun ağıllı istifadəsini uyğun görürük.

Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin “Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində” movzusunda dinləmədə deyib.

O qeyd edib ki, birmənalı şəkildə müasir suvarma texnologiyalarının tətbiqi çağırış olaraq qarşımızda dayanır. “Biz su, torpaq və ya kənd təsərrüfatında texnologiya deyirik. Bunu istifadə edən insandır. İnsanın bunu nə dərəcədə şüurlu istifadə edəcəyi önəmlidir. Bu gün qarşımıza ağıllı fermer çağırışı qoyuruq. İnsanların istehlakı hamımızı maraqlandıran məsələdir. Şüurlu istehlak önəmlidir", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti