...

Bakıda taxta bazarındakı yanğın söndürülüb (FOTO/VİDEO) (YENİLƏNİB-4)

Cəmiyyət Materials 20 Aprel 2024 19:30 (UTC +04:00)
Bakıda taxta bazarındakı yanğın söndürülüb (FOTO/VİDEO) (YENİLƏNİB-4)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yanğın nəticəsində, ilkin hesablamaya əsasən, 1000kv.m sahəsi olan obyektin təqribən 500kv.m hissəsi yanıb. Obyektin qalan hissəsi, digər obyektlər, kommunikasiya xətləri, o cümlədən yüksək gərginlikli hava elektrik xətləri yanğından mühafizə olunub.

xxx

18:42

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

FHN-dən Trend-ə verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

xxx

18:16

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmçinin, yanğınsöndürən və xilasedicilər tərəfindən ərazidəki mal-materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunur.

Ümumilikdə, yanğınla mübarizə məqsədilə əraziyə 15-ə yaxın texnika və 70 nəfərə yaxın canlı qüvvə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

xxx

17:22

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Qüvvələrin operativ müdaxiləsi sayəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

xxx

16:55

Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın başlayıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti