...

Yasamal polisindən əməliyyat: 4 kq narkotik ələ keçirilib (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2024 11:50 (UTC +04:00)
Yasamal polisindən əməliyyat: 4 kq narkotik ələ keçirilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi növbəti tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1996-cı il təvəllüdlü Hüseyn Rzayev saxlanılıb.

Trend DİN-ə istinadən xəbər verir ki, həmin şəxsdən 4 kiloqrama yaxın satış məqsədilə tədarük etdiyi heroin, marixuana və tiryək ələ keçirilib.

H.Rzayevin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində 26-cı PB-nin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti