...

FCHAIN ​​Gəncə Marafonuna dəstək verdi (FOTO)

Cəmiyyət Materials 30 May 2024 09:45 (UTC +04:00)
FCHAIN ​​Gəncə Marafonuna dəstək verdi (FOTO)

Bakı. Trend:

Bildiyiniz kimi, 26 may 2024-cü il tarixində Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə tarixi şəhərdə, Gəncədə “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” çərçivəsində “Gəlin birlikdə qaçaq” şüarı altında kütləvi qaçış marafonu keçirilib..

16+ yaş kateqoriyasında rayondan olan iştirakçılar 6 km, 18+, 40+, 50+, 60+ yaş kateqoriyalarında qalan iştirakçılar isə 11 km məsafə qət ediblər.

Marafonun sponsorlarından olan Financial Chain Corporation-ın 7 əməkdaşı marafonda böyük həvəslə iştirak edib.

Ölkədə idmanın inkişafına daim dəstək verən korporasiya bildiyiniz kimi Bakı-Xankəndi Ultra Marafonunun sponsorlarından biri kimi də çıxış edib.

Azərbaycanda və digər 14 ölkədə güclü nüfuzu olan, qlobal konsaltinq şirkəti olan FCHAIN ​​Corporation sağlam və aktiv həyat tərzini təbliğ edən bu kimi təşəbbüsləri dəstəkləməkdən qürur duyur. Pro Sport Gimanstika Klubunun, gənc və istedadlı gimnast Züleyxa Şabanovanın rəsmi sponsoru, idman tədbirlərinin fəal iştirakçısı olan Financial Chain Corporation iş-həyat balansının vacibliyini vurğulayır və sağlam həyat tərzinin qorunmasında idmanın əhəmiyyətini önə çəkir.

Korporasiya gənclərə sərmayə qoymağa inanır, çünki onlar gələcəyi təmsil edirlər və bu inam onların marafon kimi təşəbbüslərə davamlı sadiqliyində əks olunur. FCHAIN-in ölkədə idmanın inkişafına verdiyi dəstək şirkətin gənc nəsil üçün daha parlaq, sağlam və daha uğurlu gələcəyi təşviq etmək üzrə baxış və missiyasını təcəssüm etdirir.

Xəbər lenti

Xəbər lenti