Bakı. Trend:
“Şuşa İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” beynəlxalq proqramı çərçivəsində səkkiz tədbir keçiriləcək.
Trend xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov “Şuşa İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” beynəlxalq proqramının açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.
"Bu il “Şuşa İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” beynəlxalq proqramı çərçivəsində plana uyğun olaraq şəhərdə səkkiz tədbir keçiriləcək", - deyə nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycan gəncləri təkcə ölkə daxilində deyil, xaricdə də kifayət qədər fəaldır ki, bu da sevindirməyə bilməz:
"Bundan sonra da regionlarımızda gənclər təşkilatları ilə birlikdə müxtəlif tədbirlər keçirəcəyik".
Xatırladaq ki, bu gün İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Şuşa İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” beynəlxalq proqramına start verilib.
slam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu hər il Təşkilatın üzvü olan ölkələrin şəhərlərindən “Gənclər Paytaxtı” seçir və il boyu bu şəhərdə beynəlxalq tədbirlər təşkil edir.