...

Məktəb direktorlarının işə götürülməsi ilə bağlı yeni yanaşma hazırlanır - Nurlan İsmayılbəyli

Cəmiyyət Materials 6 İyun 2024 10:32 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Müəllimlərin sertifikatlaşdırma nəticələrinin gələcəkdə məktəb direktoru və müavini seçimində istifadə edilməsi nəzərdə tutulur.

Trend xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli media üçün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, müəllimlər imtahandan topladıqları bal əsasında iş yerlərini dəyişmək imkanı qazanır.

"Cari ildə 63 müəllim sertifikasiya balına görə iş yerini dəyişib. Ötən il göstəricilərinə əsasən 5246 müəllim maaşlarına 35 faiz, 17914 müəllim 10 faiz əlavə alır", İsmayılbəyli əlavə edib.

Qeyd edək ki, 2024-cü il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.

İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti