...

Gəncədə 14 yaşlı qız nişanlanıb? - DİN-dən AÇIQLAMA

Cəmiyyət Materials 15 İyun 2024 13:29 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Gəncə şəhərində 14 yaşlı qızın nişanlandığı iddia olunur.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd olunub ki, 8-ci sinif şagirdinə yay aylarında toy mərasimi keçiriləcək.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Trend-ə bildirib ki, məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.

"Sözügedən şəxslərin valideynləri polis idarəsinə dəvət olunub, onlarla profilaktiki söhbət aparılıb, qanunun tələbləri izah olunub və erkən nikahın məsuliyyəti barədə məlumat verilib", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti