...

İranda Rəşt-Xəzər dəmir yolu xətti istifadəyə verilib

Cəmiyyət Materials 20 İyun 2024 12:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rəşt-Xəzər dəmir yolu xətti istifadəyə verilib.

Trend bu barədə İran KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, İran və Rusiya rəsmilərinin iştirakı ilə Rəşt-Xəzər dəmir yolu xətti işə salınıb.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Rəşt-Xəzər dəmir yolu xətti bu gün prezident səlahiyyətlərini icra edən Məhəmməd Möxbər, yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş və digər rəsmilərin iştirakı ilə istifadəyə verilib.

Qeyd edək ki, 2023-cü il mayın 17-də Rusiya ilə İran arasında İranın şimalındakı Gilan vilayətində Rəşt-Astara dəmir yolunun tikintisinə dair saziş imzalanıb. 163 km uzunluğunda olan Rəşt-Astara dəmir yolu xəttində 9 stansiya tikiləcək. Bu dəmir yolunun tamamlanması ilə beynəlxalq Şimal-Cənub dəhlizi təkmilləşdiriləcək, İranın dəmir yolu şəbəkəsi Qafqaz ölkələri, Rusiya və Şimali Avropa ölkələri ilə birləşdiriləcək. Razılaşmaya görə, Rusiya tərəfi bu dəmir yolunun tikintisinə 1,6 milyard avro xərcləməlidir. Bu dəmir yolunun 48 ay ərzində tikilib başa çatdırılması planlaşdırılır.

Əlavə edək ki, 2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında Şimal-Cənub Nəqliyyat Dəhlizinin təməli qoyulub. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə tərəfindən sö­zügedən sənəd ratifikasiya edilib (Azərbay­can, Belarus, Bolqarıstan, Ermənistan, Hin­distan, İran İslam Respublikası, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya Federa­siyası, Tacikistan, Türkiyə, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya daşınan malların çatdırılma müddətlərini azaltmaqdır (cari marşrutla çatdırılma müddəti 6 həftədən çoxdur, Şimal Cənub vasitəsilə 3 həftə olacağı gözlənilir).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti