...

Azərbaycan Türkmənistanın axtarışa verdiyi şəxsi ölkəsinə təhvil verdi

Cəmiyyət Materials 25 İyul 2024 18:49 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkmənistanın hüquq-mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Bildirilib ki, saxta pul hazırlamada təqsirləndirilərək 2019-cu ildə beynəlxalq axtarışa verilmiş, Türkmənistan vətəndaşı, 1994-cü il təvəllüdlü Hacımuhammet Bekcanovun verilməsinə dair Türkmənistanın Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

Hacımuhammet Bekcanov 2024-cü ilin mart ayında ölkəmizdə müəyyən edilərək həbs edilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkmənistanın səlahiyyətli orqanlarına təhvil verilib.

Xəbər lenti

Xəbər lenti