Bakı. Trend:
Səfir İssam bin Saleh əl-Cuteyli Bakıda Qoşulmama Hərəkatının Gənclər Təşkilatının mənzil qərargahında olub.
Trend xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Qeyd edilir ki, səfir Səudiyyə-Azərbaycan münasibətlərinə dair mühazirə oxuyub.
O, həmçinin diplomatda tələb olunan bacarıqlar və onların inkişaf etdirilməsi yollarından danışıb.