...

Bakıda suyun qrafikə uyğun verilə bilməməsinin səbəbi məlum olub

Cəmiyyət Materials 17 Avqust 2024 12:06 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Oğuz-Qəbələ-Bakı kəmərindəki təmir-bərpa işlərinin tam yekunlaşmasından sonra bəzi ərəzilərə suyun qrafikə uyğun verilə bilməməsinin səbəbi magistral xəttin doldurulma prosesinin davam etməsidir.

Bu barədə Trend-ə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, texniki qaydalara uyğun olaraq, suyun verilmə rejiminin tədricən bərpası prosesi gedir.

"Artıq 80 faiz ərazi içməli su ilə təmin edilib. Günorta saatlarından sonra suyun digər ərazilərə də çatması mümkün olacaq", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti